Cəmiyyət

Bağça müəllimlərinin NƏZƏRİNƏ: Yerdəyişmə müsabiqəsi BAŞLAYIR

02 Apr 2026, 16:16 2 baxış
Bağça müəllimlərinin NƏZƏRİNƏ: Yerdəyişmə müsabiqəsi BAŞLAYIR
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir. Oxu.Az xəbər verir ki, BŞTİ məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər. İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər: -Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış); - Şəxsiyyət vəsiqəsinin surəti; - İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir); - Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir); - Diplomun surəti; - Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti. Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər: Vakant yerlər Ərizə forması
Mənbə oxu.az

Oxşar Xəbərlər