Cəmiyyət

Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok

02 Apr 2026, 16:07 2 baxış
Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok

Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ağlasığmaz korrupsiyanı üzə çıxarıb.


Axar.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən olunub.


Bildirilir ki, Saleh Məmmədovun qarşısına bu vəsaiti geri qaytarmaq tələbi qoyulub:


“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovun və ətrafının həbsi ilə nəticələnəcək”.


Məlumatda həmçinin o da qeyd olunur ki, Saleh Məmmədov vəziyyətin yumşaldılması üçün yeni maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.


Qeyd edək ki, 2026-cı il fevralın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər