Digər

İran BƏƏ və Bəhreyndə sənaye müəssisələrini vurdu

02 Apr 2026, 16:21 2 baxış
İran BƏƏ və Bəhreyndə sənaye müəssisələrini vurdu

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Əbu-Dabidə (BƏƏ) poladtökmə müəssisələrinə və Bəhreyndə alüminium zavodlarına zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.


"Bu hücumlar bir xəbərdarlıqdır. Əgər İran sənayesinə hücumlar təkrarlanarsa, növbəti cavab qat-qat ağır olacaq", - bəyanatda vurğulanıb.


Qeyd edək ki, ötən gün ABŞ və İsrail İranın mərkəzi və cənub-qərb hissələrindəki poladtökmə komplekslərinə zərbə endirib.

Mənbə axar.az

Oxşar Xəbərlər