Cəmiyyət

Bir ailədən 5 uşaq dəm qazından zəhərləndi

02 Apr 2026, 12:35 2 baxış
Bir ailədən 5 uşaq dəm qazından zəhərləndi

Sumqayıt şəhərində bir ailə üzvlərinin dəm qazından zəhərlənmə hadisəsi baş verib.


Axar.az xəbər verir ki,hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.


Belə ki, Sumqayıt şəhər sakinləri – 2015-ci il təvəllüdlü Cəbrayıl Kamil oğlu Cəbrayılov, 2018-ci il təvəllüdlü Məhəmməd Kamil oğlu Cəbrayılov, 2019-cu il təvəllüdlü Həmzə Kamil oğlu Cəbrayılov, 2021-ci il təvəllüdlü Ayişə Kamil qızı Cəbrayılova və 2024-cü il təvəllüdlü Gülcənnət Kamil qızı Cəbrayılova yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.


Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər