Cəmiyyət

Dumanlı hava nə vaxta qədər davam edəcək?

02 Apr 2026, 10:04 2 baxış
Dumanlı hava nə vaxta qədər davam edəcək?
Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Oxu.Az-a açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, müşahidə olunan cənub-şərq küləyi aprelin 4-dən şimal-qərb küləyi ilə əvəz olunacaq, bu da dumanın seyrəlməsinə səbəb olacaq.
O əlavə edib ki, dumanlı hava şəraiti həm mövsümi meteoroloji şərait, həm də iqlim dəyişikliklərinin yaratdığı ümumi tendensiyalarla əlaqələndirilir: "Belə ki, gecə və səhər saatlarında nisbi rütubətin yüksəlməsi, eləcə də yer səthinə yaxın qatlarda temperatur inversiyasının daha tez-tez formalaşması havanın durğunlaşmasına və dumanın yaranmasına şərait yaradır. Son illərdə müşahidə olunan iqlim dəyişmələri fonunda atmosfer hadisələrinin, o cümlədən dumanlı günlərin təkrarlanma tezliyində dəyişikliklər qeydə alınır. Hazırkı müşahidələr göstərir ki, bu artım atmosfer proseslərinin dəyişkənliyi ilə bağlıdır. Müşahidə olunan cənub-şərq küləyi aprelin 4-dən şimal-qərb küləyi ilə əvəz olunacaq, bu da dumanın seyrəlməsinə səbəb olacaq".
Dumanlı hava nə vaxta qədər davam edəcək?
Mənbə oxu.az

Oxşar Xəbərlər