Digər
Tramp NATO üzvlüyünü nəzərdən keçirir - Uitaker
ABŞ Prezidenti Donald Tramp hazırda ABŞ-ın NATO-ya üzvlüyünü və Avropanın Ukraynaya hərbi yardım üçün dəstəyini yenidən qiymətləndirir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Nyusmaks” televiziya kanalında bildirib.
“Aydındır ki, Prezident Tramp hər şeyi qiymətləndirir və nəzərdən keçirir, istər NATO-da iştirakımız, istər Ukraynadakı Avropa səylərinə dəstəyimiz, istərsə də ABŞ-ın digər hərəkətləri olsun…”, - deyə o bildirib.
O qeyd edib ki, bütün variantlar artıq masadadır.
Mənbə
axar.az