Cəmiyyət
Daha bir ölkənin baş naziri Azərbaycana gəldi
Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov da aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
Axar.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, daha öncə Qırğızıstan baş naziri də Bakıya səfər edib.
Mənbə
axar.az