Cəmiyyət

Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar ayrılıb - FOTO

01 Apr 2026, 19:12 2 baxış
Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar ayrılıb - FOTO
Neftçalada 1 160 hektar pay torpağından yalnız 160 hektar ərazinin təyinatı üzrə istifadə edildiyi məlum olub. Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, rayon sakinlərinin Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənli barəsində şikayətlərindən sonra Kənd Təsərrüfatı Nazirliyi (KTN) araşdırma aparıb.
Fotoda Nuruş Həsənli Araşdırmalar nəticəsində aydın olub ki, pay torpaqları əkilmir. Əvəzində əkilməyən torpaqlara subsidiyalar verilib. Bundan başqa, örüş üçün nəzərdə tutulan torpaqlar KTN-ə əkin torpaqları kimi təqdim edilib. Sakinlərin bildirdiklərinə görə, araşdırmalar nəticəsində ortaya kifayət qədər ciddi qanun pozuntularının çıxmasına baxmayaraq, KTN ona yalnız töhmət verməklə kifayətlənib.
Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar ayrılıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər