Cəmiyyət

Sumqayıtda 50 illik şam ağacları kim tərəfindən məhv edildi? - FOTO - VİDEO

01 Apr 2026, 19:36 2 baxış
Sumqayıtda 50 illik şam ağacları kim tərəfindən məhv edildi? - FOTO - VİDEO
Sumqayıt şəhəri, 45-ci məhəllə, "Əyri dom" kimi tanınan binanın həyətindəki 40-50 illik iki şam ağacının kökündən çıxarıldığı iddia olunur. Oxu.Az xəbər verir ki, bununla bağlı jurnalist Anar Xanlarov sosial şəbəkə hesabında video paylaşıb.
A.Xanlarov iddia edib ki, son günlər güclü külək olmadığından ağacların aşırılmasında insan faktoru ola bilər: "Videodan da görünür ki, ağaclar qurumayıb. Kim bunu hansı məqsədlə edib, araşdırılmalıdır. Bir şam ağacının bu həddə gəlməsi illər alır. Kiminsə şəxsi marağı ucbatından edilibsə, cinayətdir. Son zamanlar Sumqayıtda yaşıllıqların məhvi gedir". Məsələ ilə bağlı Sumqayıt Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Oxu.Az-a bildirilib ki, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində torpaq qatının yumşalması nəticəsində bir neçə ünvanda, həmçinin 45-ci məhəllə ərazisində ağaclar aşıb. Vurğulanıb ki, hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür.
Mənbə oxu.az

Oxşar Xəbərlər