Cəmiyyət
Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
Şəmkir rayonunda ana və oğul yanıq xəsarəti alıb.
Axar.az xəbər verir ki, martın 27-də 1995-ci il təvəllüdlü Anar Budaqov və anası 1976-cı il təvəllüdlü Sevda Budaqova yaşadıqları Morul kəndindəki evdən termiki yanıq xəsarəti alıblar.
Onlar xəstəxanaya yerləşdirilib. S.Budaqova martın 31-də orada ölüb.
A.Budaqovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Araşdırmalar aparılır.
Mənbə
axar.az