Digər
ABŞ və İsrail İranın polad sənayesinə zərbə endirdi
ABŞ və İsrail İranın mərkəzi və cənub-qərb hissələrindəki poladtökmə komplekslərinə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qeyd ed olunub ki, İranın ən böyük şirkətlərindən biri olan və mərkəzi İsfahan əyalətində yerləşən “Mübarəkə Stil Kompani” (Mobarakeh Steel Company) polad şirkətinin istehsal bölmələrinə kütləvi hücumlar nəticəsində ciddi ziyan dəyib.
Bundan başqa, “Sefid Daşt Stil” (Sefid Dasht Steel) və “Xuzistan Stil”(Khuzestan Steel) şirkətlərinə də zərbə endirilib.
Mənbə
axar.az