Digər
Zelenskiyə iki ay vaxt verməmişik – Peskov
Rusiya Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ukrayna qüvvələrinin Donbasdan çıxarılması üçün iki aylıq müddət verməyib.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Söhbət iki ayın məsələsi deyil. Zelenski bu gün Ukrayna qoşunlarının Donbas ərazisindən və Donetsk inzibati sərhədlərindən kənara çıxması ilə bağlı qərar qəbul etməlidir", - o bildirib.
Qeyd edək ki, ötən gün Vladimir Zelenski Ukrayna qoşunlarının Donbasdan çıxarılması üçün Rusiyanın iki ay vaxt verdiyini bildirmişdi.
Mənbə
axar.az