Digər

"Expressbank"ın idarə heyətinə yeni təyinat

01 Apr 2026, 13:04 2 baxış
"Expressbank"ın idarə heyətinə yeni təyinat
"Expressbank" ASC-də yeni kadr təyinatı həyata keçirilib. Fuad Fikrət oğlu Muradəliyev bankın idarə heyətinin üzvü və Baş maliyyə inzibatçısı (CFO) vəzifəsinə təyin olunub. Fuad Muradəliyev maliyyə sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. O, karyerası ərzində əsasən bank sektorunda fəaliyyət göstərərək maliyyə idarəçiliyi, büdcələmə, risklərin qiymətləndirilməsi və strateji planlaşdırma istiqamətlərində geniş bilik və praktiki təcrübə qazanmışdır. Bu təyinata qədər o, "Expressbank"da Maliyyə departamentinin direktoru vəzifəsində çalışmış və bankın maliyyə strategiyasının formalaşdırılması, həmçinin effektiv idarəolunmasında mühüm rol oynamışdır. Əvvəlki illərdə "Bank of Baku" ASC-də rəhbər maliyyə vəzifələrində fəaliyyət göstərmiş, həmçinin müxtəlif pillələr üzrə irəliləyərək maliyyə sahəsində peşəkar təcrübəsini daha da möhkəmləndirib. O, risklərin idarəolunması sahəsində "Global Association of Risk Professionals" tərəfindən təqdim olunan FRM® ("Financial Risk Manager") sertifikatına malikdir. Eyni zamanda, "CFA Institute" tərəfindən təşkil olunan CFA ("Chartered Financial Analyst") proqramının iki səviyyəsini uğurla tamamlayıb. Fuad Muradəliyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti-də Maliyyə ixtisası üzrə başa vuraraq bakalavr və magistr dərəcələri əldə etmişdir. Onun yeni vəzifədə fəaliyyətinin "Expressbank"ın maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsinə və strateji inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər