Cəmiyyət

Daşkəsəndə avtomobil yolu çökdü

30 Mar 2026, 12:09 2 baxış
Daşkəsəndə avtomobil yolu çökdü

Daşkəsən rayonunda Alünütdağ-Daşkəsən avtomobil yolunda sel suları nəticəsində çökmə baş verib.


Axar.az Report-a istinadla xəbər verir ki, hadisə qəsəbədaxili 3 km-lik avtomobil yolunun 2-ci km-də qeydə alınıb.


Problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb, ərazi çəpərlənib.


Rayonda aidiyyatı qurumlar tərəfindən tədbirlər görülür. Ərazidən qaya parçaları götürülüb, həmçinin yolun genişləndirilməsi işlıri görülür. Hazırda gediş-gəliş təmin olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər