Cəmiyyət
Beş gün ardıcıl iş olmayacaq
May ayında 5 gün ardıcıl iş olmayacaq. Belə ki, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq.
Axar.az BizimMedia.az-a istinadən xəbər verir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilir və 29 may tarixi də qeyri-iş günü olacaq.
30-31 may tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir.
Beləcə beş günlük iş həftəsində çalışanlar üçün 27-31 may tarixləri qeyri-iş günü sayılacaq.
Mənbə
axar.az