Cəmiyyət

Şirvanda yaşayış evində partlayış: Xəsarət alan var - VİDEO

30 Mar 2026, 00:30 2 baxış
Şirvanda yaşayış evində partlayış: Xəsarət alan var - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayış baş verməsi barədə məlumat daxil olub. Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli dördotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb və 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər