Cəmiyyət
Sabunçuda iki nəfərin boğulduğu tunel yenidən bağlandı
Paytaxtda müşahidə olunan güclü yağışlar səbəbindən Sabunçu rayonu ərazisində nəqliyyatın hərəkətində məhdudiyyət tətbiq edilib. Oxu.Az-ın məlumatına görə, rayonun Asəf Əsədullayev küçəsində yerləşən tunel təhlükəsizlik məqsədilə hərəkət üçün tam bağlanıb. Xatırladaq ki, 2024-cü ilin oktyabr ayında yağan şiddətli yağışlar zamanı həmin tunelə su dolması nəticəsində iki nəfər boğularaq həyatını itirmişdi.
Mənbə
oxu.az