İdman

Millimiz Portuqaliyaya böyük hesabla uduzdu - Video

27 Mar 2026, 17:58 1 baxış
Millimiz Portuqaliyaya böyük hesabla uduzdu - Video

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin B qrupunda Portuqaliya ilə qarşılaşıb.


Axar.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv "Palms Sports Arena"dakı qarşılaşmada 4:0 hesabı ilə məğlub olub.


Xatırladaq ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 16 xalla liderdir.

Mənbə axar.az

Oxşar Xəbərlər