İdman

Azərbaycan U-17 millisi Litva ilə qolsuz heç-heçə edib

27 Mar 2026, 15:22 1 baxış
Azərbaycan U-17 millisi Litva ilə qolsuz heç-heçə edib
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb. Oxu.Az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan komanda Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə üz-üzə gəlib. "Nikola Şterev - Starika İdman Kompleksi"ndə keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Xatırladaq ki, U-17 daha əvvəl Bolqarıstanla bərabərə qalıb - 1:1. Komanda martın 30-da Malta ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər