Cəmiyyət
Bakıda güclü yağış fəsadlar törətdi: Bəzi əraziləri su basdı - VİDEO
Bakıda intensiv yağıntıların yaratdığı problemlərlə bağlı sakinlərin narazılığı davam edir. Oxu.Az-a daxil olan məlumatlara görə, Sulutəpə qəsəbəsindəki Pənahabad küçəsi, Masazır kəndi, Biləcəri qəsəbəsi, Xırdalan şəhəri, Qobu-Hökməli yolunda vəziyyət çətinləşib. Adıçəkilən əraziləri su basıb, nəqliyyatın hərəkəti çətinləşib. Bəzi yerlərdə yolların keçilməz hala düşdüyü, avtomobillərin suyun içində qalaraq hərəkətdə çətinlik çəkdiyi bildirilir. Sakinlərin sözlərinə görə, güclü yağışlar nəticəsində yaranan bu vəziyyət gündəlik həyatı iflic edib, ərazidə hərəkət etmək demək olar ki, mümkünsüzləşib.
Bakıda intensiv yağıntılar bir sıra ərazilərdə ənənəvi problemlərlə müşayiət olunur. Oxu.Az xəbər verir ki, bura xüsusi ilə Sabunçu Dəmiryol Vağzalının qarşısı və Sulutəpə qəsəbəsinin müəyyən küçələri də daxildir.
Güclü yağış nəticəsində bu və digər ərazilərdə yolları su basıb, nəqliyyatın və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.

Mənbə
oxu.az