İdman

Günün maraqlı qarşılaşmalarını hansı kanalda izləmək olar?

27 Mar 2026, 15:58 1 baxış
Günün maraqlı qarşılaşmalarını hansı kanalda izləmək olar?
Bu axşam dünya futbol arenalarında maraqlı qarşılaşmalar baş tutacaq. Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin əsas komandası bu gün yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Azarkeşlər Azərbaycan - Sent Lüsiya oyununu 19:00-dan etibarən "CBC Sport" TV-də izləyə biləcəklər. Günün digər maraqlı qarşılaşmalarında isə Avstriya millisi Qana ilə, Niderland isə Norveç yığması ilə üz-üzə gələcəklər. Hər iki qarşılaşma "CBC Sport" TV-də canlı yayımlanacaq. Yoldaşlıq oyunları 27 mart Saat 19:00, Azərbaycan- Sent Lüsiya ("CBC Sport" TV); Saat 21:00, Avstriya- Qana ("CBC Sport" TV); Saat 23:45, Niderland- Norveç ("CBC Sport" TV).
Mənbə oxu.az

Oxşar Xəbərlər