Cəmiyyət

Almaniyadan olan səyyah: "Qarabağ tikinti işlərinin templəri və ənənələrin qorunması ilə heyran edir"

27 Mar 2026, 16:33 2 baxış
Almaniyadan olan səyyah: "Qarabağ tikinti işlərinin templəri və ənənələrin qorunması ilə heyran edir"
"Qarabağda genişmiqyaslı infrastruktur layihələri, yeni yolların və tunellərin tikintisi, həmçinin mədəni ənənələrin qorunması beynəlxalq səyyahların böyük marağına səbəb olur". Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Almaniyadan olan səyyah Cin Yaspersen Naqeli bildirib. "Bu, Qarabağa ilk səfərimdir, lakin 2006-cı ildə Azərbaycanda olmuşam. Bu 20 il ərzində ölkə çox dəyişib", - o qeyd edib. Səyyah vurğulayıb ki, onun üçün ən parlaq anlardan biri Qarabağ bölgəsinin mədəniyyəti ilə tanışlıq olub. "Xalça muzeyini və Keramika muzeyini ziyarət mənim üçün əsl kəşf oldu. Milli geyimləri görmək və diyarın mədəni xüsusiyyətləri ilə tanış olmaq son dərəcə maraqlı idi", - Cin Yaspersen Naqeli əlavə edib. O, həmçinin gələcəkdə ölkəyə yenidən gəlmək istəyini ifadə edib: "Azərbaycan daim quruculuq işlərinin aparıldığı bir ölkədir. Mən bir müddət sonra yenidən bura gəlmək və daha nələrin yaradıldığının şahidi olmaq istərdim".
Mənbə oxu.az

Oxşar Xəbərlər