Cəmiyyət

Bakıda 2 nəfərin öldüyü tuneli yenə su basdı - Video

27 Mar 2026, 16:20 2 baxış
Bakıda 2 nəfərin öldüyü tuneli yenə su basdı - Video

15:47


Bakıda intensiv yağıntılar bir sıra ərazilərdə ənənəvi problemlərlə müşayiət olunur.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bura xüsusi ilə Sabunçu Dəmiryol Vağzalının qarşısı və Sulutəpə qəsəbəsinin müəyyən küçələri də daxildir.


Güclü yağış nəticəsində bu və digər ərazilərdə yolları su basıb, nəqliyyatın və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.


***


Bakıya yağan güclü yağışlar nəticəsində "Sabunçu keçidi" adlanan ərazini yenə su basıb.


Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.


Bildirilib ki, sözügedən yolda avtomobillərin hərəkəti dayandırılıb.


Qeyd edək ki, bir neçə il əvvəl sözügedən ərazidə subasma nəticəsində 2 nəfər həyatını itirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər