Cəmiyyət

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

27 Mar 2026, 14:46 2 baxış
Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Bu gün Rusiya prezidentinin göstərişinə əsasən, FHN rəhbərliyinin tapşırığı ilə İrana təcili humanitar yardımın çatdırılmasının ikinci mərhələsi başa çatdırılıb.


Axar.az xəbər verir ki, bu barədə Rusiya FHN-in beynəlxalq fəaliyyət departamentinin direktoru Dmitri Melnik bildirib.


O qeyd edib ki, yardım 300 ton müxtəlif dərman vasitələrini əhatə edib:


“Yüklərin çatdırılması demək olar ki, 4 gün davam edib və bu, Rusiya və Azərbaycanın müxtəlif qurumlarının birgə səyləri nəticəsində mümkün olub. Bu münasibətlə həm Rusiya qurumlarının əməkdaşlarına, həm də humanitar yardımın operativ çatdırılmasına töhfə verən azərbaycanlı həmkarlarımıza təşəkkür edirəm”.


Qeyd edək ki, bu gün gecə saatlarında Rusiya FHN-ə məxsus, İrana humanitar yardım aparan 31 vaqondan ibarət yük qatarı “Astara dəmir yolu” gömrük-sərhəd buraxılış məntəqəsindən yola salınıb. Humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.

Mənbə axar.az

Oxşar Xəbərlər