İqtisadiyyat
Ermənistan rəsmisi: "İrəvan əmindir ki, Bakının tranzit qadağalarını qaldırması Aİİ-də ticarətin artmasına səbəb olacaq"
"Malların Azərbaycan ərazisindən Ermənistana tranzitinə qoyulan qadağanın qaldırılması Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzv dövlətləri arasında qarşılıqlı ticarətin artmasına kömək edəcək". Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Şımkentdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş tərkibdə iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Cənubi Qafqaz regionunda nəqliyyat-logistika infrastrukturunun diversifikasiyası xarici ticarəti əhəmiyyətli dərəcədə stimullaşdıracaq. "Bu kontekstdə Azərbaycan ərazisindən Ermənistana malların tranzitinə qoyulan qadağaların bu yaxınlarda aradan qaldırılması bizim üçün xüsusilə əhəmiyyətli hadisədir, bu, regionun potensialının tam şəkildən açılması, qarşılıqlı ticarətin artması üçün perspektivlər açır", - deyə Mqer Qriqoryan qeyd edib.
Mənbə
oxu.az