İdman
DÇ-2026-da pley-off həyəcanı - GÜNÜN NƏTİCƏLƏRİ - VİDEO
Bu gün DÇ-2026-nın pley-off mərhələsinin yarımfinal matçlarına start verilib. Oxu.Az xəbər verir ki, mundiala gedən A, B, C və D yollarında ümumilikdə səkkiz gərgin qarşılaşma baş tutub. Türkiyə yığması İstanbulda Rumıniya seçməsi ilə həlledici duelə çıxıb. Qarşılaşma "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub. Günün digər qarşılaşmaları aşağıdakı kimi nəticələnib: Çexiya - İrlandiya 2:2 (Penaltilər zərbəsi- 4:3); Danimarka - Şimali Makedoniya 4:0; İtaliya - Şimali İrlandiya 2:0; Polşa - Albaniya 2:1; Slovakiya - Kosovo 3:4; Ukrayna - İsveç 1:3; Uels - Bosniya və Herseqovina 1:1 (Penaltilər zərbəsi- 2:4). Dünya çempionatına vəsiqə qazandıracaq həlledici final görüşləri isə martın 31-də təşkil olunacaq. Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək davam edəcək möhtəşəm DÇ-2026-da ümumilikdə 48 komanda qızıl kubok uğrunda mübarizə aparacaq.
Mənbə
oxu.az