İdman

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-offun finalına vəsiqə qazandı - VİDEO

26 Mar 2026, 23:12 1 baxış
DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-offun finalına vəsiqə qazandı - VİDEO
Futbol üzrə Dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib. Oxu.Az xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçirilib. Qarşılaşma "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.
Türkiyə millisi finalda Slovakiya-Kosovo duelinin güclüsü ilə üz-üzə gələcək. Gecənin digər matçları Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qeyd edək ki, Avropa zonası üzrə pley-off oyunlarından sonra ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək. Həlledici oyunlar martın 31-də təşkil olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər