Millinin baş məşqçisi Sent Lüsiya ilə oyundan danışdı
Azərbaycan millisinin futbolçuları növbəti matçlarda əllərindən gələni edəcəklər.
Axar.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.
44 yaşlı mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb:
"Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. Onların yaxşı formada olması bizi sevindirir. Rəqiblərimiz bəllidir. Bizim üçün yad komandalar olsalar da, onlar haqqında oyunçulara məlumat vermişik. Futbolçular meydanda əllərindən gələni edəcəklər".
A.Abbasov DÇ-2026-nın seçmə mərhələsində güclü rəqiblərlə üz-üzə gəldiklərini xatırladıb:
"İndi nəticə qazanmaq istəyirik. UEFA Millətlər Liqasının matçlarından əvvəl bu turnir çox önəmlidir. Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.