İdman
Azərbaycan çempionatında hakimi təhqir edən futbolçu cəzalandırıldı
AFFA İntizam Komitəsi hakimi təhqir edən futbolçunu cəzalandırıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə komitənin bugünkü iclasında qərar verilib. Azərbaycan II Liqasında keçirilən "Kür-Araz" - "Qaradağ Lökbatan" oyununun 77-ci dəqiqəsində "Kür-Araz" komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, "Kür-Araz" komandası 1000 manat cərimə edilib. Eyni zamanda, "Kür-Araz" - "Qaradağ Lökbatan" oyununda "Kür-Araz" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Kür-Araz" komandası 70 manat cərimə edilib.
Mənbə
oxu.az