İdman
Millinin kapitanı: "Uzun müddət qələbə qazana bilmirik"
"Sent Lüsiya ilə oyunda qələbə bizim üçün çox vacibdir". Oxu.Az xəbər verir ki, bunu "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan - Sent Lüsiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında millinin kapitanı Emin Mahmudov deyib. 33 yaşlı yarımmüdafiəçi bildirib ki, milli komandanın 2026-cı ildəki ilk oyununda yaxşı çıxış etmək istəyirlər: "Qələbə qazanmaq bizim üçün çox vacibdir. Asan rəqib yoxdur. Uzun müddət qələbə qazana bilmirik. Meydana qalibiyyət üçün çıxmalıyıq". Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək. Murad Nəsimi
Mənbə
oxu.az