İdman
Türkiyənin Rumıniya ilə oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, gecənin ilk qarşılaşmasında "Türkiyə" İstanbulda Rumıniya millisi ilə üz-üzə gələcək. Azarkeşlər Türkiyə - Rumıniya oyununu İctimai TV-də izləyə biləcəklər. Günün digər maraqlı qarşılaşmalarında isə Ukrayna millisi İsveçlə, Danimarka isə Şimali Makedoniya yığması ilə üz-üzə gələcəklər. Ukrayna - İsveç qarşılaşması İctimai TV-də, Danimarka - Şimali Makedoniya qarşılaşması isə "CBC Sport" TV-də canlı yayımlanacaq. DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları Yarımfinal 26 mart Saat 21:00, Türkiyə - Rumıniya (İctimai TV); Saat 23:45, Ukrayna - İsveç (İctimai TV); Saat 23:45, Danimarka - Şimali Makedoniya ("CBC Sport" TV).
Mənbə
oxu.az