İdman

DÇ-2026-ya gedən yolda həlledici mərhələ: Türkiyə yığması İstanbulda Rumıniya sınağında

26 Mar 2026, 11:30 1 baxış
DÇ-2026-ya gedən yolda həlledici mərhələ: Türkiyə yığması İstanbulda Rumıniya sınağında
DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsi bu gündən etibarən başlayır. Oxu.Az xəbər verir ki, mundiala gedən A, B, C və D yollarında ümumilikdə səkkiz gərgin qarşılaşma baş tutacaq. Türkiyə yığması İstanbulda Rumıniya seçməsi ilə həlledici duelə çıxacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Qeyd edək ki, həm yarımfinal, həm də final mərhələlərinin taleyinə cəmi bir oyunda aydınlıq gələcək. Dünya çempionatına vəsiqə qazandıracaq həlledici final görüşləri isə martın 31-də təşkil olunacaq. DÇ-2026 Pley-off A yolu 23:45. İtaliya - Şimali İrlandiya; 23:45. Uels - Bosniya və Herseqovina. B yolu 23:45. Ukrayna - İsveç; 23:45. Polşa - Albaniya. C yolu 21:00. Türkiyə - Rumıniya; 23:45. Slovakiya - Kosovo. D yolu 23:45. Danimarka - Şimali Makedoniya; 23:45. Çexiya - İrlandiya. Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək davam edəcək möhtəşəm DÇ-2026-da ümumilikdə 48 komanda qızıl kubok uğrunda mübarizə aparacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər