İdman

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

26 Mar 2026, 01:49 1 baxış
Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

İspaniyanın “Real Madrid” klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülərin “Elçe”yə qarşı matçda vurduğu qol La Liqada mart ayının ən yaxşısı seçilib.


Axar.az xəbər verir ki, 21 yaşlı futbolçu meydanın mərkəzindən rəqib qapısını dəqiq nişan alıb.


Çempionatın 28-ci turunda “Santyaqo Bernabeu”da keçirilən qarşılaşmanın 89-cu dəqiqəsində qeydə alınan bu qol həm də rəsmi rekord kimi tarixə keçib. Belə ki, Arda Gülər 55 metrlik məsafə ilə İniqo Martinesə məxsus olan “La Liqanın ən uzaq məsafədən vurulan qolu” rekordunu 13 metr yeniləyib.


Xatırladaq ki, görüş Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

Mənbə axar.az

Oxşar Xəbərlər