İdman

Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

25 Mar 2026, 22:30 1 baxış
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.


Axar.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirib.


Kaunasdakı "Raudondvario" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:0.


Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər