İdman

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir

25 Mar 2026, 11:24 1 baxış
Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verir. Oxu.Az "Report"a istinadla xəbər verir ki, B Liqasının altıncı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Kaunasdakı "Raudondvario" stadionunda start götürəcək. Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər