İdman
KİV: Tudor 38 günlük işdən sonra "Tottenhem"dən ayrıldı
İqor Tudor "Tottenhem"in baş məşqçisi postunu tərk edib. Oxu.Az bu barədə "Team Talk" portalına istinadən xəbər verir. Mütəxəssis London klubuna 2026-cı il fevralın 14-dən rəhbərlik edirdi və cəmi 38 gün çalışıb. Onun rəhbərliyi altında komanda yeddi oyun keçirib, bu matçların yalnız birində qələbə qazanıb, birində heç-heçə edib və beşində məğlub olub. "Tottenhem" 31 oyundan sonra 30 xal toplayıb və İngiltərə Premyer Liqasında 17-ci pillədə qərarlaşıb.
Mənbə
oxu.az