İqtisadiyyat

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

24 Mar 2026, 23:22 1 baxış
Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

2025-ci ildə Azərbaycanın Oman iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 14,064 milyon ABŞ dolları təşkil edib.


Axar.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.


Məlumata görə, bu, 2024-cü illə müqayisədə 13,893 milyon dollar və ya 82,2 dəfə çoxdur.


Hesabat ilində Azərbaycandan birbaşa investisiyaların ümumi həcmində Omana reallaşan investisiyaların payı 0,6% təşkil edib.


2024-cü il ərzində Azərbaycandan Omana birbaşa investisiyaların ümumi həcmi 171 min ABŞ dollarına bərabər olmuşdu.


Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.


Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Mənbə axar.az

Oxşar Xəbərlər