İdman
Aleksandr Oveçkin Milli Hokkey Liqasında mininci qolunu vurdu
"Vaşinqton Kepitalz" hokkey klubunun rusiyalı hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasında (NHL) pley-off matçları da nəzərə alınmaqla 1 000 qol vuran ikinci oyunçu olub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu göstəriciyə "Kolorado Avalanş"a qarşı ev oyununda çatıb. Hazırda Oveçkinin hesabında müntəzəm mövsümdə 923, pley-offda isə 77 qol var. Bu göstərici üzrə NHL rekordçusu 1 016 qolla Ueyn Qretskidir. O, müntəzəm çempionatlarda 894, Stenli Kuboku oyunlarında isə 122 dəfə fərqlənib. Oveçkin müntəzəm çempionatların, Qretski isə pley-offun ən yaxşı bombardiri sayılır. 40 yaşlı Oveçkin 2005-ci ildən klubda çıxış edir. O, 2018-ci ildə komanda ilə birlikdə Stenli Kubokunu qazanıb.
Mənbə
oxu.az