İdman

Nəriman Axundzadə MLS-də DEBÜT ETDİ

21 Mar 2026, 23:10 1 baxış
Nəriman Axundzadə MLS-də DEBÜT ETDİ
Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə ABŞ futbol liqasında (MLS) debüt edib. Oxu.Az xəbər verir ki, 21 yaşlı futbolçumuz müntəzəm mövsümün 5-ci turunda "Toronto" ilə oyunun 88-ci dəqiqəsində oyuna daxil olub. Görüş "Toronto"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər