İdman

Nəriman Axundzadə bu gün ABŞ-da debüt edə bilər

21 Mar 2026, 21:34 1 baxış
Nəriman Axundzadə bu gün ABŞ-da debüt edə bilər

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edə bilər.


Axar.az xəbər verir ki, 21 yaşlı futbolçunun adı müntəzəm mövsümün V turunun "Toronto" ilə oyununun iştirak ərizəsinə salınıb. Gənc forvard baş məşqçisi şans verəcəyi təqdirdə, matçın gedişində meydana daxil ola bilər.


Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər