İdman
Kurban Berdıyev: "Üçüncü pillənin sahibi kimi danışmaq tezdir"
"Üçüncü pillənin sahibi kimi danışmaq tezdir". Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 25-ci turunda keçirilmiş "Turan Tovuz" - "Qəbələ" qarşılaşmasından sonra mətbuat konfrasında tovuzluların baş məşqçisi Kurban Berdıyev deyib. "Çətin oyun oldu. Yaxşı başlamışdıq oyuna. İlk hissənin ikinci periodundan etibarən üstünlüyü rəqibə verdik. Lakin 2-ci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Qarşıda matçlarımız var".
Mənbə
oxu.az