Digər

Arakçıdan Britaniyaya xəbərdarlıq...

21 Mar 2026, 00:04 2 baxış
Arakçıdan Britaniyaya xəbərdarlıq...

Britaniyalıların əksəriyyəti İsrail və ABŞ-ın İrana qarşı müharibəsində iştirak etmək istəmir.


Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı X-dəki hesabında yazıb.


"Buna məhəl qoymayan cənab Starmer (Keyr Starmer Böyük Britaniyanın Baş naziri – red.) Britaniya bazalarının İrana qarşı təcavüz üçün istifadəsinə icazə verməklə britaniyalıların həyatını təhlükəyə atır", - Arakçı bildirib.


O vurğulayıb ki, İran özünümüdafiə hüququndan istifadə edəcək.


Qeyd edək ki, Böyük Britaniya ABŞ-a İrandakı hədəflərə zərbələr endirmək üçün öz hava bazalarından istifadə etməyə icazə verib.

Mənbə axar.az

Oxşar Xəbərlər