Digər

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

20 Mar 2026, 16:59 2 baxış
Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

İranın Xəzər dənizindəki Ənzəli limanının bombalanması Rusiyanın və digər Xəzəryanı ölkələrin iqtisadi maraqlarına təsir göstərir.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.


Bildirilib ki, Ənzəli limanının bombalanması Xəzəryanı ölkələri hərbi münaqişəyə cəlb etmək riski daşıyır.


Qeyd edək ki, ötən gün İsrail Xəzər dənizində İran gəmilərinə zərbələr endirib. Zərbələr nəticəsində Ənzəli limanında çoxsaylı partlayışlar olub.

Mənbə axar.az

Oxşar Xəbərlər