Digər
Bəndər Lingə limanına zərbələr endirildi: 16 gəmi... - Video
ABŞ və İsrail aviasiyası İranın Hörmüzqan əyalətində yerləşən Bəndər Lingə limanına zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Ambrey" şirkəti məlumat yayıb.
Hücum nəticəsində 16 ticarət gəmisi məhv edilib. Gəmilərin hansı ölkələrə aid olması barədə məlumat verilməyib.
Qeyd edək ki, Bəndər Lingə Fars körfəzində yerləşən liman şəhəridir.
Mənbə
axar.az