Cəmiyyət

"Bakıda xəbərdarlıq nişanı qoyulmadan yola düzülən konus qəza şəraiti yaradıb" - İDDİA

20 Mar 2026, 13:19 2 baxış
"Bakıda xəbərdarlıq nişanı qoyulmadan yola düzülən konus qəza şəraiti yaradıb" - İDDİA
Bakı şəhəri, Zığ şosesində konus düzülən yola xəbərdaredici nişan qoyulmaması sürücülərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, nişan olmadığı üçün yolun ortasına konus düzüldüyündən xəbərsiz olan sürücünün avtomobili zərər görüb. Sürücü iddia edib ki, saatda 120 kilometrlik yolda ən sürətli iki zolağın ortasına konus düzülməsi ilə bağlı xəbərdarlıq nişanı qoyulmayıb, nəticədə həmin zolağa keçdikdə qəza şəraiti yaranıb, həmçinin nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Sözügedən hadisənin görüntüsünü təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər