Cəmiyyət

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

20 Mar 2026, 10:10 2 baxış
Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"
Allahşükür Paşazadə Gürcüstanın katolikos-patriarx II İlyanın dəfnində iştirak edəcək. Oxu.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, uzun illər İlya ilə dostluq edib: "O daim mənim yanımda olub. Martın 22-də dəfndə iştirak edəcəyəm. Böyük şəxsiyyət idi. Azərbaycanın və mənim dostum idi. Dəfələrlə olub ki, Ermənistan məsələsində mənim yanımda olub. Yaxın dostumu itirdim".
Mənbə oxu.az

Oxşar Xəbərlər