Cəmiyyət

Azərbaycanda bayram namazı qılındı - Foto

20 Mar 2026, 09:10 2 baxış
Azərbaycanda bayram namazı qılındı - Foto

Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb.


Axar.az xəbər verir ki, bayram namazı 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb.


Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.


Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bu il Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-21-i Azərbaycanda Ramazan bayramıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər