Digər
Szinpinlə görüşdə bu ölkəni tərifləyəcəyəm - Tramp
ABŞ Prezidenti Donald Trampın Çinə səfəri təxminən altı həftə təxirə salınıb.
Axar.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşü zamanı bildirib.
“Çinə səfərim zamanı Sədr Si Szinpinlə birlikdə Yaponiyanı tərifləyəcəyəm”, – deyə Tramp vurğulayıb.
O, həmçinin Pekin və Tokio arasındakı münasibətlərdə gərginliyin davam etdiyini söyləyib.
Qeyd edək ki, daha əvvəl Trampın 31 mart – 2 aprel tarixlərində Çinə səfəri planlaşdırılırdı.
Mənbə
axar.az