İqtisadiyyat
Tədiyə balansında kəsir valyuta bazarına təsir edəcək? - VİDEO
Mərkəzi Bank 2025-ci il üzrə tədiyə balansını açıqlayıb və məlum olub ki, 2024-cü ildən başlayan kəsir sonrakı ildə də davam edib. Bununla da ehtiyat aktivlərindəki kəsir 1 milyard 444 milyon dollara yüksəlib. Ehtiyat aktivlər ölkənin strateji valyuta rezervlərinin artıb-azalmasını ifadə edir. Bu baxımdan kəsir ölkədən çıxan xarici valyutanın həcminin daxil olan valyutadan çox olduğunu göstərir. Bəs kəsirin artmasının valyuta bazarına təsiri mümkündürmü?
İqtisadçı Vüqar Nəsirov mövzu ilə bağlı Baku TV-yə bildirib ki, tədiyə balansının kəsirinin artması xarici valyutaya olan tələbi artırır və milli valyutaya yüksək təzyiq yaradır. Bu, məzənnənin zəifləməsinə də səbəb ola bilər. İqtisadçı Xalid Kərimli isə hesab edir ki, əsas məqam cari əməliyyatlar balansından asılıdır və burada göstəricinin müsbət olmasını xatırladır. Cari əməliyyatlar balansı ölkənin ticarət və xidmət mübadiləsi, gəlirlər və köçürmələrdən ibarətdir. Lakin bu göstərici də son bir ildə 1.2 milyard dollar azalıb.

Mənbə
oxu.az