Cəmiyyət
Bakıda 50 nömrəli marşrut avtobuslarının dayanacağı zəbt etməsi sərnişinlərin narazılığına SƏBƏB OLDU - VİDEO
Sakinlər 50 nömrəli marşrut avtobusunun boş vəziyyətdə dayanacaqda gözləməsindən narazıdırlar. Oxu.Az-a şikayət ünvanlayan vətəndaşlar bildiriblər ki, metronun "Neftçilər" stansiyasından Qara Qarayev prospekti istiqamətinə gedən yolda yerləşən dayanacaqda bir neçə 50 nömrəli marşrut avtobusu dayanır. Sakinlərin sözlərinə görə, boş avtobusların dayanması sərnişin daşımaq üçün dayanacaqda saxlamaq istəyən sürücülərə çətinlik yaradır: "Digər avtobus sürücüləri dayanacaq dolu olduğu üçün ikinci və üçüncü zolaqda saxlamaq məcburiyyətində qalır. Sərnişinlər də həmin zolağa çıxaraq avtobusa minirlər. Bu yol hərəkəti qaydalarının pozulmasıdır, sərnişinlərin də həyatını təhlükəyə atır". Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.
Mənbə
oxu.az